Pakistanın Xarici İşlər Nazirliyi Fransanın İslamabaddakı səfirliyinə Parisdəki antiislam kampaniyası ilə əlaqədar etirazını bildirib.

Bu barədə “Reuters” agentliyi oktyabrın 26-da məlumat yayıb.

Bildirilib ki, Pakistan XİN Fransanı “insan azadlığı adı altında sistematik olaraq islamofobiya kampaniyası aparmaqda” ittiham edib. Nazirlik Məhəmməd peyğəmbərlə bağlı təhqiredici şəklin yayılmasını və “Quranın təhqir edilməsini” kafirlik adlandırıb.

İstinadlar Report