Pakistan Əfqanıstanla sərhəddən hərbçilərin və silahlıların mümkün keçişinin qarşısını almaq məqsədilə ordu göndərib.

Bu barədə Pakistanın daxili işlər naziri Rəşid Əhməd məlumat verib.

“İndi sərhədə nizamlı ordu nəzarət edir. Onlar hərbiləşdirilmiş dəstələri əvəzləyiblər”, – nazir vurğulayıb.

Məlumata görə, əvvəllər sərhədə polis nəzarət edib. Onlar qaçaqmalçılığın və sərhədi qanunsuz keçidin qarşısını alırmış.

İstinadlar Report