Əfqanıstanın Pilvasin rayonundan radikal taliblər tərəfindən müasir silahlardan istifadə etməklə Pakistanın nəzarət-buraxılış məntəqələri atəşə tutulub.
Bu barədə “The News” qəzeti məlumat yayıb.
Pakistan Sərhəd Korpusunun cavab atəşi nəticəsində ən azı səkkiz Taliban yaraqlısı öldürülüb, 16-sı yaralanıb.
Əfqanıstanın “TOLOnews” telekanalı Xost vilayətində mübahisəli sərhəd bölgəsində Taliban və Pakistan hərbçiləri arasında vaxtaşırı döyüşlərin ikinci gündür davam etdiyini bildirib.
Vurğulanıb ki, Əfqanıstan tərəfinin mübahisəli sərhəddə keçid məntəqəsi tikməsi səbəbindən sentyabrın 7-də Taliban və Pakistan sərhədçiləri arasında yenidən döyüşlər başlayıb.