Pakistanın daxili işlər nazirinin səlahiyyətlərini icra edən Sarfraz Əhməd Buqti cümə günü Pakistanın Bəlucistan və Xeybər-Paxtunxva əyalətlərində baş verən terror aktlarında Hindistan kəşfiyyat xidmətlərinin əli olduğunu açıqlayıb.

“Bəlucistandakı bütün böyük insidentlər ATİ (Araşdırma və Təhlil İdarəsi, Hindistan kəşfiyyat xidməti – red.) ilə yanaşı Pakistandakı vəziyyəti sabitsizləşdirməyə çalışan qüvvələrlə də əlaqəlidir. ATİ-nin intihar hücumunda əli var”, – Buqti mətbuat konfransında deyib.

İstinadlar Report