Özbəkistanın birinci və keçmiş prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimova ölkə prokurorluğunun əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə G.Kərimovanın qızı İman Kərimova bildirib.

İ.Kərimova qeyd edib ki, dünən saat 19:00 radələrində prokurorluğun işçiləri zorla onun Daşkənddəki mənzilinə giriblər. Prokurorluğun əməkdaşları əvvəlcə “rəhbərlik” adından G.Kərimovanı hədələyiblər. Bir neçə dəqiqə sonra prokurorluğun başqa işçiləri zorla mənzilə girib və onun anasını evdən çıxarıblar. G.Kərimova bundan sonra naməlum istiqamətdə aparılıb.

İ.Kərimovanın sözlərinə görə, hazırda heç kim G.Kərimovanın harda olduğunu bilmir. G.Kərimovanın İsveçrədəki vəkilləri və prokurorlar artıq bu barədə məlumatlandırılıblar və tədbir görürlər.

Daha əvvəl ABŞ Gülnarə Kərimovaya qarşı sanksiyaların müddətini uzadıb.

İstinadlar Report