Akif Marifli Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə yeni rəhbər təyin edilib.
Bu barədə Özbəkistanın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Bildirilib ki, o bu təyinata qədər Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri vəzifəsində çalışıb.
Qeyd edək ki, A.Marifli Bakı Dövlət Universitetində tarix ixtisası üzrə bakalavr, Türk dünyası tarixi ixtisası üzrə magistr təhsili alıb.