Özbəkistanın Baysun rayonundakı “25 il Müstəqillik” yatağında texniki qəza baş verib, iki nəfər ölüb.
Bu barədə Özbəkistanın ekologiya, ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyi nazirinin müavini Jusipbek Kazbekov bildirib.
Onun sözlərinə görə, bu, bəzi yerli KİV-lərin yazdığı kimi, hidrogen sulfid sızması deyil, texniki istehsalla bağlı hadisədir.