Özbəkistanın şimal-qərbindəki Qaraqalpaqıstanda qanunsuz keçirilən aksiyanın qarşısı alınıb.

Bu barədə Özbəkistan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, Qaraqalpaqıstan vətəndaşları Nukus şəhərində yürüşlər keçirib, bundan sonra mərkəzi Dehkan bazarının ərazisinə toplaşaraq qanunsuz nümayiş təşkil ediblər. Bunun respublikada aparılan konstitusiya islahatlarının yanlış şərh edilməsi nəticəsində edildiyi qeyd olunur.

Bildirilib ki, ictimai asayişin pozulması hallarının və vətəndaşlar tərəfindən müxtəlif hüquqpozmaların törədilməsinin qarşısının alınması məqsədilə bazara hüquq-mühafizə orqanlarının qüvvə və vasitələri cəlb edilib. Artıq ictimai asayiş bərpa olunub.

Qeyd edək ki, “Özbəkistan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında” qanun layihəsi ümumxalq müzakirəsi üçün iyunun 25-də parlament nəşrlərində dərc olunub.

İstinadlar Report