Özbəkistanın Səmərqənd şəhərində yaşayış binasında məişət qazının partlaması nəticəsində 6 nəfər ölüb.

Hadisə mayın 8-dən 9-na keçən gecə Spitamen küçəsindəki çoxmənzilli yaşayış binalarından birində baş verib.

İlkin məlumata görə, partlayışa qaz sızması səbəb olub. Partlayışdan sonra yanğın olmasa da, binanın üç mərtəbəsi və zirzəmisi tamamilə dağılıb.

Faciə yerində təcili tibbi yardım qərargahı fəaliyyət göstərir. Dağıntılar altından altı nəfərin meyiti tapılıb.

İstinadlar Report