Özbəkistanda Daşkənddəki hotellərdən birində iki Rusiya vətəndaşı və bir yerli sakinin ölümü ilə əlaqədar dörd nəfər saxlanılıb.

Bu barədə yerli KİV məlumat yayıb.

Məlumata görə, hotel sahibi, santexnik və keyfiyyətsiz avadanlıq satan iki nəfər həbs edilib.

Hadisə ötən ilin oktyabrında baş verib. İlkin məlumata görə, ölüm ventilyasiya sisteminə daxil olan naməlum qazdan zəhərlənmə nəticəsində baş verib.

İstinadlar Report