2025-ci ildə Özbəkistanda dağ-mədən və geologiya sahələri ilə bağlı layihələrə 1 milyard ABŞ dolları həcmində investisiyanın cəlb edilməsi planlaşdırılır.
Bu barədə ölkə başçısının mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Prezident Şavkat Mirziyoyevə metallurgiya müəssisələrinin transformasiyası ilə bağlı proqramların icrası və 2025-ci il üçün planlar barədə məlumat verilib.
Qənaət və səmərəlilik prinsipləri əsasında xərclərin azaldılması, həmçinin sənayenin zəruri xammalla fasiləsiz təchizatının təmin edilməsi üzrə tədbirlər müəyyən edilib.