Bu il oktyabrın 24-də Özbəkistanda prezident seçkiləri keçiriləcək. 

Bunu ölkənin Mərkəzi Seçki Komitəsinin sədri Zayniddin Nizamhocayev bu gün keçirilən birifinqdə deyib.

Onun sözlərinə görə, bu gündən etibarən ölkə Prezidentinin seçilməsi ilə bağlı seçki kampaniyalarına start verilib.

Qeyd edək ki, Özbəkistanda prezident seçkiləri 5 ildən bir keçirilir. 2016-cı ilin dekabrında baş tutan son seçkilər zamanı Şavkat Mirziyoyev səslərin 88,81%-ni toplayaraq Prezident seçilmişdi.