Özbəkistanda 6.6 maqnitudada zəlzələ olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin seysmoloji eksperimental-metodiki ekspedisiyası məlumat yayıb.

Zəlzələ Qazaxıstanın cənubundakı şəhərlərdə hiss olunub.

Yeraltı təkanların gücü Termezdə 6, Daşkənddə 5 maqnitudada olub.

Zəlzələnin episentri Daşkənddən 561 km cənub-şərqdə, Əfqanıstanla sərhəddə, 220 km dərinlikdə yerləşib.

İtkilər barədə məlumat yoxdur.