
Özbəkistan xarici işlər naziri Baxtiyar Saidov bu gün Türkiyəyə gedir.
Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.
Qeyd olunub ki, o, həmkarı Hakan Fidanla görüşəcək.
Tərəflərin regional və beynəlxalq məsələləri, o cümlədən strateji müttəfiqlik əlaqələrini müzakirə edəcəyi gözlənilir.