Özbəkistan Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti Bakıda qida sənayesi sahəsində birgə layihələrin həyata keçirilməsini müzakirə edib.

“Hazırda Özbəkistanın Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri Azərbaycanda rəsmi səfərdədirlər. Səfər zamanı iki ölkə arasında investisiya əməkdaşlığının genişləndirilməsi məsələləri, xüsusilə qida sənayesi sahəsində birgə layihələrin həyata keçirilməsi müzakirə olunur”, – məlumatda bildirilib.

Azərbaycan şirkətlərindən biri ilə Özbəkistanda süd məhsullarının istehsalı üzrə birgə layihənin həyata keçirilməsi perspektivləri barədə fikir mübadiləsi aparılıb. Bu layihə çərçivəsində Azərbaycan tərəfi Özbəkistan bazarını araşdırır və biznes modeli hazırlayır.

Bundan əlavə, səfər çərçivəsində “R Group Holding” vençur investisiya şirkətinin rəhbərliyi ilə görüş keçirilib.

İstinadlar Report