Özbəkistan hökuməti Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) üzvlüyünə daxil olmaq üçün rəsmi olaraq qurumun katibliyinə müraciət edib.

Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

O həmçinin Türkmənistan hökumətinin də TDƏŞ-ə müşahidəçi üzvlüyə qəbul olunmaq arzusunu, bununla bağlı Şuranın baş katibi Bağdad Amreyevin Aşqabada yollanacağını diqqətə çatdırıb.

Nazir TDƏŞ-in 16 oktyabr tarixində keçiriləcək növbəti zirvə görüşü ərəfəsində genişlənməsini müsbət səciyyələndirərək təşkilatın mühüm regional oyunçuya çevriləcəyinə ümidvar olduqlarını qeyd edib.

Bununla yanaşı, TDƏŞ-in ötən il keçirilən İssıq-göl sammitində Macarıstanın müşahidəçi qismində iştirak etdiyini xatırladan türkiyəli nazir sentyabrın 19-da Budapeştdə Şuranın xarici işlər nazirlərinin iştirakı ilə qurumun Avropa mərkəzinin açılacağını da bildirib.

İstinadlar Report