Özbəkistanın Rusiyadakı səfirliyi döyüşmək üçün Ukraynaya getmək istəyən özbəklərə xəbərdarlıq edib.

Bu barədə diplomatik nümayəndəlik məlumat yayıb.

Səfirlik xəbərdarlığı Ukraynada Rusiya tərəfdən döyüşmək üçün Özbəkistan könüllü taborunun yaradılacağı barədə xəbərlər yayıldıqdan sonra edib.

Diplomatik korpus taborun bütün üzvlərinin cinayət məsuliyyətə cəlb ediləcəyini açıqlayıb:

“Özbəkistanın Rusiyadakı səfirliyi həmvətənlərini cinayət məsuliyyəti müəyyən edilmiş xarici dövlətlərin ərazisində könüllü taborlar yaratmaq və ya döyüş əməliyyatlarında iştirak etməkdən çəkinməyə çağırır. Diplomatik nümayəndəlik bildirir ki, Özbəkistan Cinayət Məcəlləsinin 154-cü (muzdlu) maddəsinə əsasən, xarici dövlətin ərazisində silahlı münaqişələrdə və ya döyüş əməliyyatlarında qanunsuz iştirak cinayətdir”.

Qeyd olunub ki, bu maddə ilə ittiham olunanları on ilədək həbs cəzası gözləyir.

İstinadlar Report