
Rusiya və Özbəkistanın Müdafiə nazirlikləri arasında Daşkənddə 2025-ci il üçün Əməkdaşlıq Planı və iki ölkə arasında hərbi sahədə 2026-2030-cu illər üçün Strateji Tərəfdaşlıq Proqramı imzalanıb.
Sənədləri Rusiya və Özbəkistanın müdafiə nazirləri Andrey Belousov və Şuxrat Xalmuxamedov imzalayıblar.
Mərasim Rusiya müdafiə nazirinin Özbəkistana rəsmi səfəri çərçivəsində keçirilib.