“Özbəkistan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində hər zaman Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib və dəstəkləməkdə davam edir”

Bunu Trend-ə müsahibədə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Hüseynov deyib.
Səfir xatırladıb ki, Özbəkistan birinci prezidenti İslam Kərimovun rəhbərliyi dövründə Dağlıq Qarabağ münaqişəsinin tam həllinədək Ermənistanla diplomatik münasibətlər qurmaqdan imtina etmişdi:
“Bugünkü gün Özbəkistan prezidenti Şavkat Mirziyoyev dəfələrlə vurğulayıb ki, Daşkəndin münaqişə ilə bağlı mövqeyi dəyişməzdir”.
H.Hüseynov hesab edir ki, beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı özünü çox yormur.