
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Malayziyanın Baş naziri Ənvər İbrahim iki ölkə arasında əməkdaşlığın daha da inkişafına yönəlmiş sazişlər paketi imzalayacaqlar.
Bu məqsədlə Özbəkistan Prezidenti bu gün Kuala-Lumpura rəsmi səfərə yola düşüb.
Səfər Malayziya Baş nazirinin dəvəti ilə həyata keçiriləcək.
“Qarşıdakı görüşlərin gündəliyi iki ölkə arasında dostluq münasibətlərinin daha da dərinləşdirilməsi və praktiki əməkdaşlığın genişləndirilməsi məsələlərini, o cümlədən ticarət, investisiya, innovasiya, texnoloji əməkdaşlıq və digər prioritet sahələri əhatə edir. Tərəflər mədəni-humanitar mübadilənin aktivləşdirilməsinə xüsusi diqqət yetirəcəklər”, – məlumatda qeyd olunub.
Səfər çərçivəsində Ş.Mirziyoyev Malayziyanın aparıcı şirkətlərinin top menecerləri ilə görüşəcək, birgə biznes forumun işində iştirak edəcək.