Özbəkistan prezidenti Şavkat Mirziyoyev Türkiyənin paytaxtı Ankarada səfərdədir.

Özbəkistan rəhbərini onun türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan qarşılayıb.

Prezident administrasiyasında onun şərəfinə rəsmi qarşılanma mərasimi təşkil olunub.

Qeyd olunub ki, dövlət başçılarının təkbətək görüşü keçiriləcək.

Onlar Yüksək Səviyyəli Strateji Şura Toplantısı və anlaşmaların imza mərasimindən sonra ortaq mətbuat konfransı keçirəcəklər. Özbəkistan prezidentinin şərəfinə şam yeməyi təşkil olunacaq. Bundan başqa, Özbəkistan prezidenti Türkiyənin ən böyük Millət Kitabxanasının da açılışında iştirak edəcək.

İstinadlar Report