Özbəkistan Təhlükəsizlik Şurasının iclasında prezident Şavkat Mirziyoyev prezident Aleksandr Lukaşenkonun KTMT sammitində səsləndirdiyi sensasion fikirlərə münasibət bildirib.

Azərbaycan 24 xəbər verir ki, Mirziyoyev Lukaşenkonun Özbəkistanda Qazaxıstan ssenarisinin təkrarlanacağı və buna görə Daşkəndin KTMT-yə üzv olmalı olduğu haqda yersiz ifadələrinə sərt cavab verib:

“Bəzi dövlət başçıları əsassız bəyanatla çıxış etdilər ki, Özbəkistan Respublikası Qazaxıstanda baş verənlərdən ibrət götürməlidir.

Biz regiondakı vəziyyəti və bütün təhlükəsizlik təhdidlərini diqqətlə izləyirik.

İstənilən təhlükə və zərbəyə layiqincə cavab vermək üçün kifayət qədər gücümüz və potensialımız var”, – deyə dövlət başçısı bildirib.