Özbəkistan Prezidenti Şövkət Mirziyayev ABŞ-a səfər edib

Bu barədə informasiyanı UzA agentliyi yayıb.
Onun ABŞ-da Donald Trampla görüşəcəyi vurğulanıb.
Qeyd edək ki, Mirziyayevin səfəri zamanı ABŞ-la Özbəkistan arasında 40 sənədin imzalanması nəzərdə tutulub. Razılaşmaların ümumi dəyərinin 8,5 milyard dollar olacağı bildirilib.
Bundan öncə Qazaxıstan lideri Nursultan Nazarbayev də ABŞ-a səfər edərək Donald Trampla görüşmüş və çoxsaylı müqavilələr imzalamışdı/Axar.az.