Azərbaycanda səfərdə olan Özbəkistan Ali Məclisi Senatının Aparat rəhbəri Qüdrət Nurullayevin başçılıq etdiyi parlament nümayəndə heyəti Füzuli şəhərində olub.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Səfər çərçivəsində qonaqlara torpaqlarımızın Ermənistan tərəfindən 30 illik işğalı barədə məlumat verilib.

Nümayəndə heyəti Füzuli rayonun işğaldan azad edilməsi uğrunda aparılmış döyüşlər zamanı həlak olan ilk şəhidlərimizin xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər.

Füzuli şəhərinin ermənilər tərəfindən viranə qoyulmuş yaşayış məntəqələri ilə tanış olan qonaqlara, işğaldan sonra Azərbaycan hökuməti tərəfindən Füzuli rayonunda aparılan irimiqyaslı bərpa-quruculuq işləri barədə geniş məlumat verilib.

Daha sonra qonaqlar Özbəkistan hökuməti tərəfindən inşa edilmiş Mirzə Uluqbəy adına Füzuli şəhər 1 nömrəli tam orta məktəbə gələrək, məktəbdə müəllim və şagird kollektivi üçün yaradılmış şəraitlə yaxından tanış olublar.

İstinadlar Report