Özbəkistan hökuməti karantin tədbirlərinin mərhələli şəkildə yumşaldılması çərçivəsində oktyabr ayının 1-dən etibarən əcnəbi turistlər üçün sərhədləri açacaq.

Bu barədə ölkənin Nazirlər Kabineti yanında Operativ Qərargahının nümayəndəsi bildirib.

Onun sözlərinə görə, turoperatorlara əcnəbi turistlər ikihəftəlik karantin keçmədən 15 nəfərədək qrup halında turlar təşkil etməyə icazə veriləcək. Amma turizm agentlikləri müştərilərinin COVID-19 testindən keçməsini, eləcə də xəstəlik risklərini ödəmək üçün müvafiq sığortanı təmin etməlidirlər.

İstinadlar Report