“Bakı-Tbilisi-Qars layihəsinin reallaşdırılması regionlararası əməkdaşlığın yeni faktorudur”.

Bu barədə Özbəkistan baş nazirinin müavini Elyor Qəniyev beynəlxalq Tbilisi İpək Yolu Forumunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, regiondakı dəniz limanları arasında əlaqələrin gücləndirilməsi bu əməkdaşlığın effektivliyini artırır.

E.Qəniyev deyib ki, BTQ layihəsi Çin-Mərkəzi Asiya-Qafqaz-Avropa subregional nəqliyyat dəhlizinin formalaşdırılması üçün yeni imkanlar yaradır: “Ümid edirik ki, bu dəhliz böyük İpək Yolunda tam yeni şərait yarada biləcək”.

İstinadlar Report