
Özbəkistanda 3-4 aprel tarixində ilk dəfə Aİ-Mərkəzi Asiya sammiti keçiriləcək.
Sammit Avropa İttifaqı (Aİ) və region ölkələri arasında əməkdaşlığın gücləndirilməsində mühüm mərhələ olacaq.
Tədbirdə Avropa Şurasının prezidenti Antonio Kosta, Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen, həmçinin Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistanın liderləri iştirak edəcəklər.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev görüşə sədrlik edəcək.
Antonio Kosta qlobal qeyri-sabitlik şəraitində tərəfdaşlıq münasibətlərinin gücləndirilməsinin vacibliyini vurğulayıb. “Qarışıqlıq və parçalanma şəraitində Aİ üçün yeganə həyat qabiliyyətli həll sülh və rifahın təşviqi üçün daha güclü tərəfdaşlıq münasibətlərinin qurulmasıdır. Aİ-Mərkəzi Asiya sammiti sülh, təhlükəsizlik və davamlı inkişaf naminə birgə işləməyə olan sadiqliyimizi gücləndirəcək”, – deyə mətbuat xidməti onun sözlərini sitat gətirib.