Ötən ay ərzində vətəndaşlar tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-sosial-az portalı vasitəsilə övladlığagötürmə ilə bağlı 35 müraciət daxil olub.

Bu barədə nazirlik məlumat yayıb.

Bildirilib ki, onlardan 22-si qohumlar arası övladlığagötürmə, dördü ögey ata/ana tərəfindən övladlığagötürmə, ikisi valideynlərarası qarşılıqlı razılıq əsasında övladlığagötürmə, yeddisi isə müəssisədən övladlığagötürmə üzrədir.

Aprel ayı ərzində övladlığa verilən uşaqların sayı isə 11 nəfər təşkil edib. Onlardan altısı oğlan, beşi qızdır.

İstinadlar Qafqazinfo