
Milli Məclisin Aqrar siyasət komitəsinin payız sessiyası üçün ilk iclası keçirilib.
Iclasın gündəliyində 3 məsələnin müzakirəsi yer alıb.
İlk olaraq 2023-cü ilin yaz və növbədənkənar sessiyaları dövründə Milli Məclisin Aqrar siyasət komitəsində görülən işlər barədə hesabat təqdim olunub. Daha sonra komitənin 2023-cü il payız sessiyası üçün iş planının layihəsi müzakirə olunub.