Ötən sutka 4 nəfər xilas edilib – Video

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 26 yanğına çıxış, 2 halda köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla 4 nəfər, o cümlədən Bərdə rayonunda “КамАЗ” və “HOWO” markalı iki yük avtomobilinin toqquşması nəticəsində deformasiyaya uğrayan yük avtomobilində sıxılı vəziyyətdə qalmış 1 nəfər xilas edilib.
Xivədə Prezidentin marağına səbəb olan papaq… – Video

Xəbər verdiyimiz kimi, Xivə şəhərində Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə qəbul təşkil edilib.
Qəbulda konsert proqramı təqdim olunub, dövlət başçıları incəsənət ustalarının çıxışlarını dinləyib, onlarla söhbət ediblər.
Söhbət zamanı incəsənət ustalarından birinin papağı Azərbaycan Prezidentinin diqqətini çəkib:
“Bu papaqlardan bizdə də var. Xarəzm şivəsi, ləhcəsi Azərbaycan dilinə çox oxşayır. Biz bu papağa Buxara papaq deyirik”.
Media reyestr sistemi layihəsi Nazirlər Kabinetinə təqdim edildi – Video

“Media haqqında” qanunda Azərbaycanda Media Reyestri yaradılması da öz əksini tapıb. Jurnalistlərin könüllü əsasla düşəcəyi reyestr sisteminin yaradılması isə Medianın İnkişaf Agentliyinə (MEDİA) həvalə olunub.
MEDİA-nın şöbə müdiri Səidə Şəfiyeva bu istiqamətdə görüləcək işlərlə bağlı danışıb.
O bildirib ki, fərmandan irəli gələrək Nazirlər Kabineti 2022-ci ilin 24 fevral tarixində sərəncam imzalayıb:
“Həmin sərəncamla Medianın İnkişaf Agentliyinə Media Reyestri yaradılması qaydalarının aparılması qaydalarının layihəsini, həm də jurnalist vəsiqəsinin və media reyestri şəhadətnaməsi formasının hazırlanması ilə bağlı tapşırıq verilib.
Müvafiq tapşırıq qurum tərəfindən icra olunub və qeyd olunan layihələr aidiyyəti qurumlarla razılaşdırıldıqdan sonra Nazirlər Kabinetinə təqdim edilib”.
Hərbi Dəniz Qüvvələrində keçirilən taktiki təlim başa çatıb – VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci ilin döyüş hazırlığı planına əsasən Hərbi Dəniz Qüvvələrində (HDQ) keçirilən taktiki təlim başa çatıb.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Təlimdə tək və taktiki qrup şəklində döyüş tapşırıqları yerinə yetirilib, şərti düşmənin hava və dəniz hədəfləri məhv edilib, sualtı diversiyaya qarşı qumbaraatma fəaliyyəti, eləcə də döyüş atışları icra olunub.
Taktiki təlim zamanı Xəzər dənizinin Azərbaycana məxsus sektorunda enerji infrastrukturlarının mühafizəsi və müdafiəsi məqsədilə HDQ-nin bölmələri tərəfindən neft-qaz boru kəmərləri rayonlarında patrulaparma fəaliyyətləri, həmçinin qəzaya uğrayan gəminin təxliyyəsi üzrə epizodlar da məşq etdirilib.
Sonda ümumi fəaliyyətlər təhlil edilib, qarşıya qoyulan tapşırıqların müvəffəqiyyətlə yerinə yetirildiyi qeyd olunub.
Qeyd edək ki, müxtəlif şəraitlərdə gəmi taktiki qruplarının təyinatı üzrə tapşırıqların icrası zamanı xüsusi təyinatlı qruplar ilə birgə fəaliyyətin işlənilməsi, döyüş fəaliyyətlərinin təşkili, qüvvələrin döyüşdə idarə olunması üzrə komandirlərin və qərargahların bacarıqlarının təkmilləşdirilməsi məqsədilə keçirilən taktiki təlimə HDQ-nin 30-dan çox gəmi və kateri, həmçinin 1500 nəfərədək şəxsi heyət cəlb olunub.
Özünü damdan atmaq istəyərkən xilas edildi – VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında ötən sutka 78 yanğına çıxış və 6 halda köməksiz vəziyyətdə qalma və 1 intihara cəhd faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
FHN-dən verilən məlumata görə, təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla 7 nəfər, o cümlədən “Mərdəkan” sularda xilasetmə məntəqəsi ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən 1 nəfər və Gəncə şəhərində doqquzmərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyən 1 nəfər xilas edilib.
Bakıda məşhur restoranın hasarı bu görüntüyə görə söküldü – Video

Sosial şəbəkələrdə Bakının Nizami rayonunda yerləşən “Madonna” şadlıq sarayının bilavasitə ərazisində yüksək gərginlikli hava elektrik xəttinin dirəyinin hasara alınmasının görüntüləri yayılıb.
Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Qurumun Mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, məlumatla əlaqədar Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssisləri tərəfindən əraziyə baxış zamanı həqiqətən də göstərilən ünvanda yerləşən yüksək gərginlikli hava elektrik xəttinin dirəyinin “Madonna” şadlıq sarayı tərəfindən hasarlanaraq sarayın həyətinə daxil edilməsi, bununla da yanğın təhlükəsizliyi sahəsində ciddi qayda pozuntusunun mövcudluğu öz təsdiqini tapıb.
Qeyd olunanları nəzərə alaraq, Xidmət tərəfindən dərhal aidyyəti üzrə məsələ qaldırılaraq hasarın sökülüb təhlükənin aradan qaldırılması təmin olunub.
Bakıda qəbiristanlığı qazıb 16 kq narkotik gizlətdilər – Video

Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən ötən gün keçirilən əməliyyat zamanı narkotiklərin satışı ilə məşğul olan əvvəllər məhkum edilmiş Mövsüm Aslanov saxlanılıb.
Onun üzərindən və satış məqsədi ilə əldə edərək Xətai rayonu ərazisində yerləşən qəbirstanlıqlardan birində torpağın altında gizlətdiyi yerdən ümumi çəkisi 16 kiloqram olan marixuana aşkar olunub.
Qeyd edilən faktla əlaqədar İdarənin İstintaq Şöbəsində cinayət işi başlanılıb.
Mövsüm Aslanov barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.
Zakir Həsənov Kəlbəcər və Laçında – Video

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Kəlbəcər və Laçında tikintisi davam edən hərbi obyektlərdə görülən işlərlə tanış olublar.
Müdafiə Nazirliyindən verilən məlumata görə, məruzə olunub ki, azad olunmuş rayonlarda hərbi polisin xidməti fəaliyyətinin yüksək səviyyədə təşkili üçün yataqxana və xidməti otaqlar, hamam-camaşırxana kompleksi, tibb məntəqəsi, eləcə də digər infrastruktur obyektlərinin tikilməsi və müasir avadanlıqlarla təchiz olunması nəzərdə tutulub.
Sonra general-polkovnik Z.Həsənov tikintisi davam edən maddi-texniki təminat anbarlarına baxış keçirib. Bildirilib ki, iqlim və relyefdən asılı olmayaraq qoşunların fasiləsiz və dayanıqlı fəaliyyətini təşkil etmək məqsədilə müasir tələblər nəzərə alınaraq inşa edilən anbarlar vasitəsilə bölmələr silah-sursat, yanacaq-sürtkü materialları, həmçinin digər zəruri ehtiyat hissələri və avadanlıqlarla mərkəzləşdirilmiş qaydada təmin ediləcək.
Tikinti işlərinin gedişatını yoxlayan müdafiə naziri təhlükəsizlik qaydalarına ciddi əməl edilməsi, inşaatın keyfiyyətli aparılması və vaxtında başa çatdırılması ilə bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib.
Azərbaycan qırıcıları təlimlərdə iştirak etmək üçün Türkiyədədir – VİDEO

Azərbaycan Hərbi Hava Qüvvələrinin qırıcıları müxtəlif ölkələrin hərbi qulluqçularının iştirakı ilə təşkil olunan “Anadolu Qartalı – 2022” beynəlxalq taktiki-uçuş təlimində iştirak etmək üçün Türkiyənin Konya şəhərinə gəlib.
Təlimə hazırlıqla bağlı yoxlama uçuşları keçirilib.
Məlumata görə, təlimdə Azərbaycanı Su-25 və MiQ-29 qırıcı təyyarələri təmsil edəcək.
Bildirilib ki, təlimdə Türkiyə və Azərbaycan hərbçiləri ilə yanaşı Böyük Britaniya, İordaniya və Pakistanın hərbi qulluqçuları iştirak edəcək.
Təlimlərin əsas məqsədi, xilasetmə və havadan yardım hərakatına nəzarəti, yaxından hava dəstəyini, hərəkət dinamikasını gücləndirmək və iştirak edən dövlətlər arasında hərbi hava qüvvələri sahəsindəki birgə əməkdaşlığı genişləndirməkdən ibarətdir.
Qeyd edək ki, hərbi təlimlər iyunun 20-dən iyulun 1-dək davam edəcək.
Bayden velosipeddən yıxıldı – Video

ABŞ Prezidenti Co Bayden həyat yoldaşı Cill ilə evliliklərinin 45-ci ildönümünü qeyd etmək üçün getdiyi Delaver ştatının Rehobot Bitç şəhərindəki evinin yaxınlığında velosiped sürərkən yıxılıb.
Bu barədə “DailyMail” məlumat yayıb.
Onu lentə alan jurnalistlərə çatarkən yıxılan Bayden “Mən yaxşıyam” deyib.
Yıxıldıqdan təxminən 10-15 dəqiqə sonra Bayden yenidən velosipedinə minərək yoluna davam edib.
Ötən sutka intihara cəhd edən 3 nəfər xilas olunub – VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 78 yanğına çıxış, 4 halda köməksiz vəziyyətdə qalma, 3 intihara cəhd və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 11 nəfər, o cümlədən intihara cəhd edən 3 nəfər və Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində “ГАЗ” markalı yük avtomobilinin dərəyə aşması nəticəsində deformasiyaya uğrayan nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalan 1 nəfər xilas edilib, yanğınlar zamanı 20 nəfər təhlükəsiz əraziyə təxliyə olunub, 1 nəfər yanıq xəsarəti alıb.
Həmçinin Bakı şəhərinin Nizami rayonunda 1 nəfərin meyiti bağlı qapı arxasında aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Zakir Həsənov Kəlbəcər və Laçında döyüş mövqelərinə səfər edib – VİDEO

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları ərazilərində yerləşən döyüş mövqelərində xidmət edən şəxsi heyətlə görüşüb.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, ərt iqlim şəraitində və kəskin relyefli ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşən nazir onların döyüş və mənəvi-psixoloji hazırlığını yüksək qiymətləndirib.
Sonra general-polkovnik Z.Həsənov müşahidə məntəqələrində olarkən qarşı tərəfin fəaliyyətini izləyib, optik müşahidə cihazları və texniki vasitələrin imkanlarını sınayıb.
Yerləşmə məntəqələrində yaradılan şəraitlə tanış olan nazirə məruzə edilib ki, burada döyüş növbətçiliyinin keyfiyyətli təşkili və aparılmasını təmin etmək məqsədilə bütün lazımi infrastruktur yaradılıb.
Sonda müdafiə naziri hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərin bundan sonra da davam etdiriləcəyini bildirib. Bölmələrin döyüş qabiliyyətinin daha da yüksəldilməsi və dayanıqlı müdafiənin təmin edilməsi ilə bağlı komandanlıq qarşısında müvafiq tapşırıqlar qoyub.
Azərbaycan Ordusunun tank bölmələrinin hazırlığı davam edir – VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci ilin döyüş hazırlığı planına uyğun olaraq, Azərbaycan Ordusunun tank bölmələrində sürücülük və atəş hazırlığı üzrə müxtəlif çalışmalar yerinə yetirilib.
Bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib.
Tank heyətləri ərazidə təbii və süni maneələri dəf edərək döyüş maşınlarının idarə olunması vərdişlərini daha da təkmilləşdirib.
Atəş hazırlığı üzrə çalışmalarda hədəflərin məhv edilməsi tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilib.
Azərbaycan Ordusunun snayperlərinin təlimi başlayıb

2022-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunda snayperlərin peşəkarlığının artırılması və döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə təlim keçirilir.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Təlim zamanı snayperlər gecə və gündüz vaxtı atəş mövqeyinin seçilməsi, fərdi və qrup şəklində müxtəlif məsafələrdə yerləşən hədəflərin aşkar olunaraq sərrast atəşlə məhv edilməsi, eləcə də digər mövzular üzrə qarşıya qoyulan tapşırıqları icra edirlər.
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib – VİDEO

Azərbaycanın Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib.
“Report” icmalı təqdim edir.
Azərbaycan Ordusunda döyüş atışlı intensiv taktiki təlimlər başlayıb – VİDEO

Müdafiə Nazirliyinin rəhbər heyətinin iştirakı ilə Azərbaycan Ordusunun ümumqoşun poliqonlarında müxtəlif qoşun növlərinin döyüş atışlı intensiv taktiki təlimləri keçirilir.
Bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib.
Təlimlərin keçirilməsində əsas məqsəd bölmələrin döyüş qabiliyyətinin artırılması, şəxsi heyətin praktiki vərdişlərinin inkişaf etdirilməsi ilə peşəkarlıq səviyyəsinin daha da yüksəldilməsi, qoşunların idarəetmə orqanlarının qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsidir.
Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri və Xüsusi Təyinatlı Qüvvələrin bölmələrinin cəlb edilməsi ilə keçirilən təlimlərin əsas xüsusiyyəti Vətən müharibəsi və digər müasir müharibələrin təcrübəsinə əsaslanan yeni taktiki hərəkətlərin yerinə yetirilməsi, o cümlədən şərti düşmənin uzaqdan aşkar olunması sisteminin geniş tətbiqi ilə onun daha effektiv məhv edilməsidir.
Təlimlərin gedişi barədə komandirlərin və qərargah zabitlərinin məruzələri dinlənilir, kəşfiyyat məlumatları əsasında düşmənin vəziyyəti və ərazinin xüsusiyyətləri öyrənilir, silahlanmaya yeni daxil edilən cihaz və vasitələrin tətbiqi ilə bölmələrin qarşılıqlı fəaliyyəti təşkil olunur.
Təlimlərin ssenarisinə əsasən, aşkar olunan şərti düşmən hədəfləri müxtəlif aviasiya vasitələri, motoatıcı, artilleriya və tank bölmələri tərəfindən qarşılıqlı əlaqədə məhv edilir.
Azərbaycan və Türkiyə müdafiə nazirləri görüşüb – VİDEO

Azərbaycan və Türkiyə müdafiə nazirləri Zakir Həsənovla Hulusi Akar arasında görüş olub.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Görüş zamanı ikitərəfli və regional müdafiə və təhlükəsizlik məsələləri, xüsusilə hərbi təlim sahəsində əməkdaşlıq və müdafiə sənayesi ilə bağlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Silahlı Qüvvələrinin ən böyük təlimlərindən biri olan “EFES-2022” təlimini izləmək üçün bu ölkədə səfərdədir.
Həmçinin baxın
Media reyestr sistemi layihəsi Nazirlər Kabinetinə təqdim edildi – Video
Azərbaycan qırıcıları təlimlərdə iştirak etmək üçün Türkiyədədir – VİDEO
Azərbaycan Ordusunda döyüş atışlı intensiv taktiki təlimlər başlayıb – VİDEO
Şəhidin xatirəsinin əbədiləşdirilməsi üçün layihə təşkil olundu – Fotolar + Video
Azərbaycan Ordusunun həftəlik fəaliyyəti ilə bağlı görüntülər yayılıb – VİDEO
Daha 53 Vətən müharibəsi iştirakçısı polis orqanlarında xidmətə qəbul olundu – Video
“Şəkər xəstələrinin müalicəsində ən çox edilən səhv…” – Dr. Samir Şükürov – VİDEO
Bizi Facebook-da izləyirsiniz?
Bağla