
Ötən il Naxçıvan Muxtar Respublikasının (MR) vergi orqanlarına ümumilikdə 1 865 müraciət daxil olub.
Bunun 87,9 %-i ərizələr, 12,1 %-i şikayətlər, qalan hissəsini isə müxtəlif təkliflər təşkil edib.
Məlumata əsasən, müraciətlərin 98,4 %-nin baxılması 2024-cü ildə başa çatdırılıb və 1,6 %-i isə hazırda icradadır. Baxılmış müraciətlərdən 95,1 %-i həll olunub, 2,8 %-i barədə müvafiq izahat verilib, qalanları ilə bağlı qanunamüvafiq qərarlar qəbul edilib.