Ötən il Konstitusiya Məhkəməsinə 12 sorğu, 28 müraciət, 1792 şikayət daxil olub.

Bu barədə Konstitusiya Məhkəməsi Aparatının 2022-ci ilin yekunlarına həsr olunmuş hesabat iclasında bildirilib.

Məlumat verilib ki, 2022-ci ildə Konstitusiya Məhkəməsinə 12 sorğu, 28 müraciət, 1792 şikayət (onlardan 625 şikayət onlayn müraciət vasitəsilə) daxil olub. Həmçinin diqqətə çatdırılıb ki, Konstitusiya Məhkəməsinin rəsmi internet saytı vasitəsilə daxil olan ərizə və məktubların sayı bir qədər artıb. Daxil olan şikayətlərdən 551-i müvafiq qaydada baxılması üçün Konstitusiya Məhkəməsinin palatalarına verilib, digərləri isə baxılması üçün aidiyyəti orqanlara göndərilib.

İstinadlar Report