
2024-cü ildə Ermənistana pul köçürmələri 40,4 % azalıb.
Bu barədə ölkənin maliyyə naziri Vahe Ovannisyan parlamentin maliyyə-kredit və büdcə məsələləri üzrə daimi komissiyasının iclasında bildirib.
Buna Rusiyadan qeyri-kommersiya köçürmələrinin azalması səbəb olub. Bu ölkədən köçürmələrin həcmi 57 % təşkil edib. Yanvar-sentyabr aylarında fiziki şəxslərin köçürmələri 33 % azalıb.