2024-cü ildə Ermənistana gələn turistlərin sayı 2023-cü illə müqayisədə təxminən 7 % azalıb.

Bunu ölkənin iqtisadiyyat naziri Gevorq Papoyan ötən ilin yekununu şərh edərkən bildirib.

“2024-cü ilin dekabrında Ermənistana 134 min turist gəlib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə təxminən 2000-3000 turist azdır. Ümumilikdə, 2024-cü ildə ölkəyə 2 milyon 215 min turist gəlib ki, bu da 2023-cü ilin göstəricilərindən 7 % azdır”, – o qeyd edib.

İstinadlar Report