Dünyadakı bütün dollar milyonçularının ümumi sərvəti 2023-cü ilin sonunda 4,7% artıb.

Hesabata əsasən bu insanların ümumi kapitalı rekord həddə – 86,79 trilyon dollara çatıb. Bunun sayəsində dollar milyonçuları 2022-ci ildə ümumi sərvətlərinin 3,6% azalmasını geri qazana biliblər.

Eyni zamanda, dollar milyonçularının sərvəti ən çox Şimali Amerikada artıb. Müvafiq göstərici 7,2% artaraq 27,5 trilyon dollar təşkil edib.

Reytinqdə ikinci yeri Asiyadan olan varlılar tutub, onların məcmu kapitalı 4,2% artaraq 25,7 trilyon dollara çatıb.

Avropada dollar milyonerlərinin ümumi sərvəti ötən ilin sonunda 18,9 trilyon dollar təşkil edib ki, bu da 2022-ci illə müqayisədə 3,9% çoxdur.

Yaxın Şərq və Latın Amerikasında isə göstəricilər müvafiq olaraq 2,9% və 2,3% artıb. Hazırda dünyanın bu bölgələrindən olan varlı insanların ümumi sərvəti müvafiq olaraq 3,5 trilyon və 9,4 trilyon dollar təşkil edir.

Lakin Afrika ölkələrində fərqli mənzərə müşahidə olunur. Yerli dollar milyonerlərinin ümumi sərvəti 1% azalaraq 1,8 trilyon dollara düşüb.

İstinadlar Report