Ötən il dövlət hesabına göstərilən hüquqi yardımla əlaqədar vəkillərə 5 milyon 500 min manata yaxın pul ödənilib.

Bu barədə Vəkillər Kollegiyasının 2024-cü il üzrə fəaliyyəti barədə hesabatında qeyd olunub.

Bidlrilib ki, ötən il təsdiq olunmuş dövlət büdcəsi üzrə Vəkillər Kollegiyasına göstərilən hüquqi yardımla əlaqədar 5 milyon 500 min manat vəsait nəzərdə tutulub və 2024-cü ildə həmin vəsaitin Kollegiyaya ayrılması müvafiq qaydada təmin olunub.

Həmçinin kollegiya tərəfindən 2024-cü il ərzində büdcə haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq və maliyyə intizamına riayət edilməklə cinayət prosesini həyata keçirən orqanların qərarları əsasında dövlət hesabına göstərilən hüquqi yardıma görə vəkillərə (müdafiəçilərə) haqların (məbləğlərin) ödənişləri vaxtında təmin olunub.

İstinadlar Report