Daşınan elektronika populyarlaşmaqda davam edir. 2018-ci ildə daşınan qurğuların tədarük həcmi 10 faiz artaraq 105 milyon ədədə yaxınlaşıb. Bu barədə “Futuresource Consulting” tədqiqat şirkətinin hesabatında deyilir.

Ilin yekunları üzrə 20 milyon “Apple Watch” buraxan “Apple” şirkəti ən böyük “ağıllı” saat tədarükçüsü adını qoruyub. Lakin tədarük baxımından “Apple” qurğuları ilə “Xiaomi” qurğuları ciddi rəqabət aparır. Həmçinin “Fitbit” və “Fossil” saatları “Apple” şirkətinin “ağıllı” saatlar seqmentində lider mövqelərinə iddialıdır. 2019-cu ildə ekspertlər tərəfindən qeyd olunan brendlər arasında mübarizənin güclənəcəyi və “ağıllı” saatlara tələbatın artacağı proqnozlaşdırılır.

“Futuresource” şirkətinin 2022-ci ilədək olan proqnozunda nəzərdə tutulur ki, daşınan qurğular bazarının həcmi natural ifadədə 145 milyon ədədə çatacaq, pul ifadəsində isə satış 27 milyard dolları ötəcək. Ekspertlərin sözlərinə görə, müsbət dinamika göstərilən müddət ərzində müşahidə ediləcək, lakin 2020-ci ildən sonra satışların nisbətən zəifləyəcəyi gözlənilir.

İstinadlar ict news