Məhəmməd adı 2021-ci ildə Belçikanın paytaxtı Brüsseldə ən çox yayılmış ad olub.

Bu barədə məlumat ölkənin “Statbel” statistika agentliyinin hesabatında yer alıb.

Bildirilir ki, paytaxtda Məhəmməd adlı 13 595 şəxs qeydə alınıb.

Ümumilikdə Belçikada kişilər arasında ən geniş yayılmış ad Jan (65 886) olub. Bunun ardınca Mark (63 436) və Patrik (50 917) olub.

Məhəmməd adı, həmçinin Belçikada ən çox yayılmış adların onluğuna daxil olub və 9-cu pillədə qərarlaşıb. Belçika üzrə ötən il Məhəmməd adlı 34 862 şəxs qeydə alınıb.

İstinadlar Qafqazinfo