2022-ci ilin sonunda BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2 377 nəfər olub.
Bu barədə “BP-Azerbaijan” şirkətinin tərəfdaşları ilə birgə 2022-ci il üzrə yaydığı hesabatda qeyd edilib.
Hesabata görə, bu, 2021-ci il ilə müqayisədə 111 nəfər və ya 4,9 % çoxdur.
Bildirilir ki, bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.