2023-cü ildə Azərbaycan və Yaponiya arasında ticarət dövriyyəsində 2022-ci illə müqayisədə 49 % artım müşahidə edilib və 452 mln. ABŞ dolları təşkil edib.

Bunu Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov deyib.

O bildirib ki, bu göstərici qarşıdakı illərdə mövcud potensiala cavab verəcək artımın olacağına ümid yaradır:

“Bu mənada “Azərbaycan və Yaponiya arasında sərmayələrin təşviqi və qorunması haqqında Saziş” layihəsi ilə bağlı müzakirələrin sona çatdırılması sərmayə qoyuluşlarının artırılmasına mühüm töhfə verəcək”.

Nazir müavini onu da əlavə edib ki, bu gün iki ölkə arasında qeyri-neft sektoru və xidmətlər sahəsində də əlaqələrin artırılması üçün imkanlar mövcuddur:

İstinadlar Report