
2024-cü ildə Azərbaycanda 5 milyon 292,34 min ton kondensat hasil edilib.
Bu, 2023-cü ilin göstəricisi ilə müqayisədə 1,7 % çoxdur.
Statistik məlumatlara görə, hesabat dövründə ölkədə neft hasilatının ümumi həcmində kondensatın payı 18,2 %, neftin payı 81,8 % – 23 milyon 770,67 min ton (azalma 4,4 %) təşkil edib.
Xəbər verildiyi kimi, 2024-cü ildə Azərbaycanda 29 milyon 63,01 min ton neft (kondensatla birlikdə) hasil edilib ki, bu da 2023-cü illə müqayisədə 3,6 % azdır.