Ötən il Azərbaycanda 46 877 abort qeydə alınıb.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. 

Məlumata görə, abort etdirənlərdən 24 420-ü 15-29 yaşda olan qadınlardır.

Yeniyetmələr arasında abortların sayı bir neçə dəfə azalıb. Belə ki, ötən il 15-17 yaşda abort olunanların sayı 16 olub. 2010-cu ildə bu rəqəm 158 olmuşdu.

Ötən il 18-19 yaşda abortların sayı 2412, 20-24 yaşda 8478, 25-29 yaşda isə 13 514 olub.

İstinadlar Qafqazinfo