Ötən il ədliyyə orqanlarında çalışan 5 nəfər işdən azad olunub.

Bu barədə ədliyyə nazirinin müavini Vilayət Zahirov Nazirlikdə keçirilən müşavirə zamanı deyib. Zahirov çıxışında diqqəti ölkəmizdə korrupsiya hüquqpozmalarına qarşı aparılan barışmaz mübarizəyə cəlb edib, bu cür əməllərin qəti və ciddi şəkildə cəzalandırıldığını, hesabat dövrü ərzində görülmüş intizam və digər hüquqi tədbirlərin bunun bariz nümunəsi olduğunu nəzərə çatdırıb.

O bildirib ki, 31 nəfər yerli icra və probasiya qurumlarının əməkdaşları intizam məsuliyyətinə cəlb olunub, onlardan 5 nəfər ədliyyə orqanlarından xaric edilib, o cümlədən 2 nəfər barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilib.