“Ötən il ərzində xarici diplomların tanınması ilə bağlı 7021 müraciət daxil olub”.

Bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov bildirib. 

Onun sözlərinə görə, 5868 diplom tanınıb: “7021 müraciət üzrə ekspertiza həyata keçirilib. 5868 müraciət üzrə müsbət, 1153 müraciət üzrə mənfi rəy verilib.

Müraciətlərə ortalama baxılma müddəti 12 iş günü olub”.

Gülnar Əliyeva

İstinadlar Qafqazinfo