
Ötən gün vətəndaşların bank kartlarından 51 min manatdan çox pul oğurlanıb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, aprelin 17-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 34427, 7050, 3970, 1500, 999, 830, 670, 500, 483, 303, 300, 250, 192, 85 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.
Nazirlik bir daha xatırladıb ki, kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kodu məxfi məlumatlardır: