Vətəndaşların bank kartlarından oğurluqlar davam edir.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kodu məxfi məlumatlardır.

Bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında Sizə zərər vuracaqlar. Aprelin 29-da ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 14900, 6900, 2997, 1863, 1600, 1530, 1000, 1000, 1000, 999, 360, 346, 300, 268, 212, 188, 100, 100, 100, 88, 50 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.

İstinadlar Report