Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi paytaxt İrəvan meriyasının Dövlət qeydiyyatına alınmamış əmlak departamentinin rəhbəri Taron Miroyanı saxlayıb.

Bu barədə “Aykakan Jamanak” xəbər verib.

Qəzetin yazdığına görə, o, artıq dindirilib.

Qeyd edək ki, dünən səhər saatlarında Komitənin əməliyyatçıları meriyanın keçmiş rəhbəri Seyran Mejlumyanı və Memarlıq və şəhərsalma departamentinin rəhbəri vəzifəsini icra edən David Dallakyanı da saxlayıblar.

Xatırladaq ki, martın 10-da Ermənistanın paytaxtı İrəvan merinin müavini və daha 10 nəfər korrupsiya ilə əlaqədar saxlanılıb.

İstinadlar Report