Gənc Tamaşaçılar Teatrının aktyoru Ələsgər Qurbanəliyev vəfat edib.

Bu teatrın Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, koronavirusa yoluxan aktyor 73 yaşında dünyasını dəyişib.

Bundan əlavə, Ə. Qurbanəliyevin qardaşının da bir ay əvvəl “COVID-19″dan vəfat etdiyi açıqlanıb.

Qeyd edək ki, Ələsgər Qurbanəliyev 23 mart 1948-ci ildə Bakı şəhəri Qobu qəsəbəsində doğulub. Əvvəllər Sumqayıt Dövlət Dram teatrında işləyib. 1979-cu ildən Gənc Tamaşaçılar Teatrında fəaliyyətə başlayıb.

O, 2013-cü ilin iyunun 25-də Mədəniyyət və Turizm Nazirliyinin “Fəxri Mədəniyyət İşçisi” döş nişanı ilə təltif olunub.