ABŞ müdafiə naziri Lloyd Ostin ukraynalı həmkarı Rüstəm Umerovla Ukraynanın hərbi-sənaye kompleksinin gücləndirilməsini müzakirə edib.

Bu barədə Pentaqon sözçüsü Patrik Rayderin yazılı bəyanatında deyilir.

“Liderlər həmçinin Ukraynanın müdafiə ehtiyaclarını qarşılamaq üçün HSK-nın daha da gücləndirilməsinin vacibliyini qeyd ediblər”, – mətndə diqqətə çatdırılıb.

Bundan əlavə, Ostin Umerova Kiyevə Amerika yardımı haqqında yenilənmiş məlumat verib və onunla döyüş əməliyyatlarının gedişatını müzakirə edib.

İstinadlar Report