
Pentaqonun rəhbəri Lloyd Austin və Ukraynanın müdafiə naziri Rustem Umerov arasında telefon danışığı olub, onlar iyulda Vaşinqtonda keçirilən NATO sammitinin nəticələrini, həmçinin Kiyevə dəstək üçün atılan addımları müzakirə ediblər.
Bu barədə Pentaqonun mətbuat katibi Hərbi Hava Qüvvələrinin general-mayoru Patrik Rayder brifinqdə deyib.
“Ostin bu gün Ukraynanın müdafiə naziri Rustem Umerovla telefonla danışıb”, – o açıqlayıb.
Rayder qeyd edib ki, tərəflər Vaşinqtonda keçirilən NATO sammitinin nəticələrini, həmçinin Ukraynaya dəstək üçün atılacaq addımları müzakirə ediblər.